image-reklam-veteninfo
image-6232f1b9bd3856232f1b9bd38616475058496232f1b9bd3836232f1b9bd384backend

Çerniqov vilayətində ölənlərin sayı 53 nəfərə çatıb

image-reklam-veteninfo

Rusiyanın ötən gün Çerniqovu top atəşinə tutması nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Veteninfo.az-ın xəbərinə görə, bu barədə Çerniqov regional hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.

“Düşmən bizim regional mərkəzimizə sistematik artilleriya və hava hücumlarını davam etdirir, mülki infrastrukturu dağıdır. Biz ağır itkilər veririk. Sadəcə dünən rusiyalı aqressorlar tərəfindən öldürülmüş 53 vətəndaşımızın meyiti şəhər morqlarına çatdırılıb”, – Vyaçeslav Çaus bildirib.

Qeyd edək ki, Çerniqov fevralın 25-dən mühasirədədir. Ötən gün yayılan xəbərlərə görə, şəhərdə çörək növbəsində dayanan insanların atəşə tutulması nəticəsində 10 nəfər həlak olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki