image-1backend

Ceyms O’Brayen:”Görüşümüz səmərəli oldu”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O’Brayen Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüş keçirdiyini açıqlayıb.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüşümüz oldu. Biz ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə və regionda sülhün, sabitliyin və rifahın dəstəklənməsinə yönəlmiş ideyaları bölüşdük”, – O’Brayen X sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, Dövlət Departamentinin rəsmisi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə də danışıqlar aparıb.

O, Əliyevlə görüşdə bildirib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı müzakirələrin davam etdirilməsini dəstəkləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki