image-1backend

Cihazdan istifadə eşitmə itkisi olan insanların ömrünü uzada bilər

image-reklam_sirab_01

ABŞ-da aparılan bir araşdırma cihazlardan istifadə edən eşitmə qüsurlu insanların istifadə etməyənlərə nisbətən daha uzun yaşaya biləcəyini ortaya qoydu.

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları eşitmə itkisinin ömrü qısaldığını göstərən bir araşdırmaya əsaslanaraq eşitmə cihazlarının insan ömrünə təsirini araşdırdılar.

Tədqiqatçılar 1999-2012-ci illər arasında eşitmə itkisi olan təxminən 10 min insanla bağlı Milli Sağlamlıq və Qidalanma Qiymətləndirmə Araşdırması ilə əldə edilən məlumatları araşdıraraq, bu insanlarla yenidən əlaqə saxlayıb və onların mövcud sağlamlıq vəziyyətini sorğulayıblar.

Bu şəxslərdən 1863-ü eşitmə itkisi olduğunu bildirərkən, 237-si müntəzəm olaraq eşitmə cihazlarından istifadə etdiyini bildirib.

Araşdırmalar nəticəsində məlum olub ki, eşitmə qabiliyyətini itirən insanlar arasında cihazlardan istifadə edənlər istifadə etməyənlərə nisbətən 24 faiz daha çox yaşayır.

Tədqiqatın aparıcı müəllifi Dr. Janet Koi “Bu nəticələr həyəcan vericidir, çünki onlar eşitmə cihazlarının insanların sağlamlığına qoruyucu təsir göstərə və vaxtından əvvəl ölümün qarşısını ala biləcəyini göstərir” deyib.

Araşdırmanın nəticələri “The Lancet Healthy Longevity” jurnalında dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki