Çin Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Ukraynadakı hərbi əməliyyatlar üçün Pekindən hərbi yardımı istəməsi ilə bağlı xəbərləri təkzib edib.
Veteninfo.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin XİN-in müntəzəm brifinqində bildirilib.
Çin XİN-in mətbuat katibi Rusiyanın Ukraynadakı hərbi əməliyyatları üçün Çindən hərbi yardım istəməsi ilə bağlı xəbərlərin ABŞ-ın dezinformasiyası olduğunu vurğulayıb.


























