image-1-ozpbackend

Çində güclü zəlzələ baş verib: 118 nəfər həlak oldu

image-reklam_sirab_01

Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində azı 118 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Bu barədə Vətəninfo.az BBC nəşrinə istinadən xəbər verir.

00bbd017-d8d7-4eb1-a7af-abe17ab5183d.jpg (24 KB)

Zəlzələ dekabrın 18-də, gecə yarısından əvvəl baş verib. Qansu əyalətində 105 nəfər həlak olub, 250-dən çox insan yaralanıb. Qonşu Çinxay əyalətində isə 13 nəfər ölüb, 182 nəfər yaralanıb.

00c6c1ad-fba2-482e-9d26-97e0adaef8d8.jpg (50 KB)

Yeraltı təkanlar nəticəsində 5000-dən çox ev və bir çox yol zədələnib. Elektrik və su təchizatında fasilələr yaranıb. Xilasedicilər -13 dərəcə Selsi şəraitində işləyir, dağıntılar altından sağ qalanları tapmağa çalışırlar. Səlahiyyətlilərin sözlərinə görə, temperaturun aşağı olması səbəbindən sağ qalanları tapmaq üçün vaxt həmişəkindən daha qısadır.

0f22f055-2da1-46bc-93d5-607f8a43c276.jpg (31 KB)

Səlahiyyətlilər təxliyyə edilənlər üçün tez bir zamanda müvəqqəti düşərgələr hazırladılar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki