image-62396d897011d62396d897011e164793076162396d897011b62396d897011cbackend

Çində təyyarə qəzasında sağ qalanlar və ölənlərin cəsədləri tapılmayıb

image-reklam_sirab_01

Çinin cənubunda “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalanlar və ölənlərin cəsədləri hələ də tapılmayıb.

Veteninfo.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər yayıb.

Məlumata görə, təyyarənin qalıqları tapılsa da, itkin düşənlərdən xəbər yoxdur.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Qeyd olunur ki, ərazinin dağlıq olması axtarış işlərinin aparılmasında böyük çətinlik yaradır.

“Global Times”ın xəbərinə görə isə qəza yerində yanmış şəxsiyyət vəsiqələri, pulqabı və sərnişinlərə aid digər əşyalar tapılıb.

Qeyd edək ki, martın 21-də “China Eastern Airlines” aviasiya şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi Çinin Quanqsi-Çjuan muxtar bölgəsində qəzaya uğrayıb. Hava laynerinin göyərtəsində 123 sərnişin və 9 ekipaj üzvü olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki