Çinin keçmiş xarici işlər nazirindən sonra bu dəfə müdafiə naziri itkin düşüb.
Vətəninfo.az xəbər verir ki, Çinin müdafiə naziri Li Şanqfudan 15 gündür ki, xəbər yoxdur. Li Şanqfu sonuncu dəfə avqustun 29-da Pekində keçirilən forumda çıxış edib. Çinli nazir bundan sonra heç bir tədbirə qatılmayıb və ictimaiyyət arasında görünməyib.
Pekin administrasiyası isə ən son avqustun 29-da keçirilən forumda çıxış edən nazırlə bağlı açıqlama vermir.
Mart ayında vəzifəsinin icrasına başlayan nazirin həbsdə ola biləcəyi iddia edilir.
Linin qəfil yoxa çıxması ağıllara keçmiş xarici işlər naziri Çin Qanqı gətirib.
Bir ay itkin kimi axtarılan Çin Qanq daha sonra nazir vəzifəsindən uzaqlaşdırılmışdı.