İraqın şimalında həyata keçirilən “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın 5 üzvü zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.
Bəyanatda bu ifadələrə yer verilib: ”Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz “Terrorçular haradadırsa, hədəfimiz oradır” şüarı ilə terror yuvalarını dağıtmağa davam edir”.
Bəyanatda beş PKK terrorçusunun PUA ilə zərərsizləşdirildiyi, dünən bölgədə zərərsizləşdirilən terrorçuların sayının isə 7 olduğu bildirilib.