image-fb_img_1691692318742backend

Daşkəsən rayonunun Tapan kəndində yeni məktəb inşa olunur

image-reklam_sirab_01

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov yeni inşa olunan Daşkəsən rayonu Tapan kənd N.Məsimova adına 40 şagird yerlik modul tipli ümumi orta məktəbdə olub, görülən işlərlə maraqlanıb.

Məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” 19 sentyabr 2022-ci il tarixli, 3478 nömrəli sərəncamına əsasən inşa olunur.
1981-ci ildə inşa edilmiş, rayon mərkəzindən 26,5 km məsafədə yerləşən, uzun müddət təmirsiz istismar olunduğundan qəzalı vəziyyətə düşmüş Tapan kənd ümumi orta məktəbinin binası sökülərək yerində müasir tələblərə cavab verən yeni modul tipli bina tikilir. Hazırda tikinti yüksək sürətlə davam edir.
Cənab Prezidentin müvafiq sərəncamı ilə inşa olunan məktəb şagirdlərin, müəllim kollektivinin və kənd sakinlərinin böyük sevincinə səbəb olub.
Məktəb 6 sinif otağından ibarətdir. Hazırda müasir avadanlıqların və istilik sisteminin quraşdırılması işləri aparılır. Məktəbin həyəti və ətrafı abadlaşdırılır.
Tapan kənd N.Məsimova adına 40 şagird yerlik modul tipli ümumi orta məktəbinin yeni tədris ilində şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Ümumilikdə görülmüş işlər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə, təhsilə diqqət və qayğısının əyani təzahürüdür.

image-fb_img_1691692328120 image-fb_img_1691692321609 image-fb_img_1691692318742 image-fb_img_1691692315202


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki