Futbol üzrə Braziliya millisi bu il keçiriləcək dünya çempionatı üçün formalarını təqdim edib.
Ev formaları ənənəvi olaraq sarı rəngdə, səfər formaları isə mavi rəngdə olacaq.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq. 5 qat dünya çempionu mundialın G qrupunda Serbiya, İsveçrə və Kamerunla üz-üzə gələcək.