image-fb_img_1667242403529backend

“Diqqəti çəkən əsas məqam həm də ondan ibarətdir ki,…”-EKSPERTDƏN SOÇİ GÖRÜŞÜNƏ MÜNASİTBƏT

image-reklam_sirab_01

“Ən mühüm bənd: Bəyanatda Qarabağ problemi əsas xətt olaraq göstərilmir. Hətta bəyanatda Qarabağ adına rast gəlinmədi, Qarabağdakı ermənilərin hüquqları ilə bağlı müddəa yoxdur”.

Vətəninfo.az xəbər verir ki,bu fikirləri Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin  rəhbəri,hərbi ekspert Ramin Məmmədli bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Soçidəki üçtərəfli görüşünün nəticəsi olaraq aşağıdakıları qeyd etmək olar:

1.Münaqişə tərəfi kimi Ermənistan və Azərbaycan göstərilir.

2. Sülh müqaviləsi ilə bağlı müddəa tövsiyə xarakterlidir.

Diqqəti çəkən əsas məqam həm də ondan ibarətdir ki, razılaşmanın baza prinsipləri 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına dayanır. Həm də gələcəkdə bağlanılacaq sülh müqaviləsinin kontr-xəritəsi cızılır. Burada da əsas məqam kimi xalqların bir-birinə etimadı göstərilir.

.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki