image-1backend

DSX rəhbərliyi Şəhidlər xiyabanında – FOTO

image-reklam_sirab_01

20 Yanvar faciəsinin 34-cü ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilir.

Vətəninfo.az  xəbər verir ki, Ümumxalq Hüzn Günündə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Dövlət Sərhəd Xidməti aparatında davam edən anım tədbirində hərbi qulluqçular müxtəlif fotoqrafların faciədən lentə aldığı fotolardan ibarət sərgiyə baxış keçiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklər və dəhşətli cinayətlərdən bəhs olunub. 20 Yanvar hadisələrinin Azərbaycanın milli kimliyini formalaşdırdığı, xalqımızın istiqlaliyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğu vurğulanıb.

Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı qırğın törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığı xüsusi qeyd edilib.

Bildirilib ki, yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin siyasi yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə və şəhid ailələrinin qayğılarının həll olunmasına xüsusi diqqət ayırır.

Böyük qürur hissi ilə vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması istiqamətində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyatların zəfərlə nəticələnməsi, onların qisasının alınması vətənin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ruhlarını şad edib.

Sonda “Tarixin izi ilə” sənədli film nümayiş etdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki