image-ba635d8b-6e97-3341-b09c-5d9355ba0725_850backend

Əfqanıstanda tiryək istehsalı 32% artıb

image-reklam_sirab_01

Əfqanıstanda radikal Taliban hərəkatı hakimiyyətə gəldikdən sonra ölkədə tiryək istehsalının həcmi 32% artıb.

Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məlumatında deyilir.

Qeyd olunub ki, Əfqanıstanda tiryək əkilməsi illik müqayisədə 32% artaraq 233 min hektara çatıb.

“Fermerlərin tiryək istehsalından əldə etdiyi gəlir son bir ildə üç dəfə artıb – 2021-ci ildəki 425 milyon dollardan 2022-ci ildə 1,4 milyard dollara çatıb. Lakin bu məbləğ Əfqanıstan daxilində tiryək istehsalı və ticarətindən əldə olunan gəlirin yalnız bir hissəsini təşkil edir. Əfqanıstanda tiryəkin müsadirəsi onu göstərir ki, əfqan tiryəki və heroinin qanunsuz satışı dayandırılmayıb. Əfqanıstan dünya üzrə tiryək tələbatının 80%-ni ödəyir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki