Vətəninfo.az xəbər verir ki, Qafqaz üzrə iranlı ekspert Qasım Mömini İLNA-ya müsahibəsində deyir:
“Görünür, bu il ruslar Ukraynadakı vəziyyəti müəyyən edəcəklər, ancaq Qafqazda İrəvanla Moskva arasında gərginliyin artacağına şübhə yoxdur”.
2023-cü ildə Rusiya, Türkiyə və Qafqazda baş verən ən vacib hadisələri şərh edən ekspert bildirib: “Bütövlükdə deyə bilərəm ki, Rusiya ötən il Qafqazda bir çox problemlərlə üzləşib.
Məsələn, Ermənistan dəfələrlə KTMT-dən çıxacağını bəyan edib, hətta rus qoşunlarının İrəvan hava limanından çıxarılmasını müzakirə edib və müəyyən mənada Avropa Birliyinə və Qərbə meyl edib, bu da onu göstərir ki, bu il Kremlin İrəvanla problemləri olacaq.
Bununla bağlı, Azərbaycan keçən il də öncədən müəyyən etdiyi məqsədlər əsasında hərəkət edə bilib ki, bunlardan biri də Qarabağda mövqeyinin möhkəmlənməsi idi. Halbuki, bir çox beynəlxalq müşahidəçilərin fikrincə, Bakı rusların yaşıl işığı olmadan Ermənistan üzərində qələbə qazana bilməzdi.
Bu səbəbdən, cari ildə Zəngəzur dəhlizi məsələsinin tərəflər arasında yekun razılaşma ilə nəticələnəcəyi mümkündür. Digər tərəfdən, Ankara ilə İrəvan arasında qondarma “erməni soyqırımı” məsələsininin müzakirəsi yekunlaşa bilər ki, bununla Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla bağlı vəziyyətinə aydınlıq gətirə bilsin”.