image-2backend

Ərdoğanla Makron arasında SƏMİMİ DİALOQ: “Bəs gələcəkdin?” – VİDEO

image-reklam_sirab_01

Fransa Prezidenti Emmanuel Makron ötən həftə Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilmiş G20 sammitindən sonra rəsmi “X” hesabında video paylaşıb.

Vətəninfo.az xəbərinə görə, sözügedən görüntülərdən aydın olur ki, G20 sammitində Fransa lideri ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla arasında səmimi dialoq baş tutub.

Belə ki, Ərdoğan fransalı həmkarına verdiyi sözü xatırladıb: “Bəs gələcəkdin?”

Makron isə cavabında: “Gələcəkdim, amma sən yox idin. Yaxşı, gələcəm” – deyib.

Ərdoğan isə gülərək: “Yaxşı, gəl danışaq”, – deyib və liderlər dialoqu sonlandırıblar.

Xatırladaq ki, Makron və Ərdoğan sonuncu dəfə ötən il Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyi Liderlər Zirvəsi çərçivəsində görüşüblər.musavat.com

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki