image-reklam-veteninfo
image-1backend

Erməni şairin heykəli götürüldü, yol açılır – Bu kəndin qaytarılmasına hazırlıq gedir

image-reklam-veteninfo

Sədərəyin işğal altında olan Kərki kəndinin qaytarılması məsələsi hər keçən gün daha da aktuallaşır. Ermənistanın baş naziri Nikol Paşinyan Kərkinin, eləcə də Qazaxın anklav olan üç kəndinin onlara məxsus olmadığını, buna görə delimitasiya prosesində Azərbaycana təhvil verilcəyini açıqlayıb. Zəngakatun (tarixi adı Çanaqçı) kənd məktəbinin həyətindəki heykəlin götürülməsi də Ermənistanda Kərkinin qaytarılmasına hazırlıq prosesi kimi qiymətləndirilir.

Vətəninfo.az xəbər verir ki, Naxçıvanla sərhəddə yerləşən Zəngakatun kəndində erməni şair Paruyr Sevakın heykəli götürülüb.

Heykəl ötən il heykəltəraş Levon Tokmajyan tərəfindən hazırlanıb. Heykəl kənd məktəbinin həyətinə qoyulduqdan sonra müzakirələrə səbəb olub, hətta şairin nəvəsi Sevak Qazaryan babasının abidəsinin kənddən götürülməsinin düzgün addım olacağını bildirib. Məlumatlara görə, heykəl artıq kənd məktəbinin həyətindən götürülüb.

Heykəli hazırlayan Levon Tokmajyan isə iddia edir ki, məqsəd Tiqranaşeninin (Kərki) təhvil verilməsinə hazırlıqdır.

“Heykəlin götürülməsi siyasi qərar idi. Çünki heykəlin qoyulduğu məktəbin yanındakı yolu Azərbaycana təhvil verəcəklər. Məktəb həmin küçənin düz yanındadır”, – o bildirib.

Qeyd edək ki, anklav olan Kərkinin qaytarılması zamanı kəndə çıxış üçün dəhliz də verilməlidir. Mümkündür ki, Levon Tokmajyanın veriləcəyini iddia etdiyi yol Kərki kəndinə çıxış üçün nəzərdə tutulan dəhliz ola bilər.publika.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki