Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, mühəndis-istehkam bölmələri ümumilikdə 36 000 ha-dək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib.
Onlardan 10 400-ü piyada əleyhinə mina, 3 300-ü tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı olub.
Vətən müharibəsindən sonra 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb.
Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar asasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.