image-1backend

Ermənistan XİN-i “Dağlıq Qarabağ” bölməsini ləğv etdi

image-reklam_sirab_01

Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində fəaliyyət göstərib.

Ermənistan KİV-i həmin səhifənin bütün dil versiyalarından artıq silindiyini bildirib.

Bu barədə erməni politoloq Sergey Melkonyan da sosial şəbəkələrdə yazıb.

“Əgər bu texniki səhv deyilsə, o zaman Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir: “Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, – o yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov Ermənistanın Müstəqillik Bəyannaməsi ilə yanaşı, Xarici İşlər Nazirliyinin rəsmi saytının da Bakı üçün mübahisəli olduğunu bildirmişdi: ona görə ki, bölmə Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki