image-1backend

Ermənistan yenə KTMT-dən imtina etdi

image-reklam_sirab_01

Bu gün Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) sessiyası və KTMT PA-nın 16-cı plenar iclası işə başlayır. Vətəninfo.az xəbər verir ki, Ermənistan yenə bu tədbirlərdə iştirak etmir.

KTMT-yə üzv dövlətlərin qanunlarının uyğunlaşdırılması, bu təşkilatın məsuliyyət sahəsindəki təhlükəsizlik çağırışları və təhdidlərinin həlli üçün nümunəvi qanunların hazırlanması bu iclasların gündəliyindədir.

Əvvəllər məlum olub ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT PA-nın iclaslarında iştirak etməyəcək və bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə rəsmi məktubla məlumat verib. Ermənistan parlamentinin nümayəndə heyəti də bu tədbirlərdə iştirak etməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki