Vətəninfo.az Ermənistanın InfoPort.am saytına istinadən xəbər verir ki, Xankəndindəki separatçı qurupun rəhbəri Samvel Şahramanyan Xankəndindəki hava limanında rus sülhməramlılara sığınan ermənilərlə görüşüb. Verilən məlumata görə,Şahramanyan onlara məlumat verib ki, onlar yaxın vaxtlarda Qorisə (Ermənistana) aparıla bilərlər.
Saytın məlumatına görə, bu gün Ermənistan Qarabağdan gələcək bir qrup ermənini Gorusda hazırladıqları evlərə yerləşdiriləcəkıər. Sabah Qarabağı öz avtomobili ilə tərk edə biləcək insanlar yol açıq olacaq.
Şahramanyan həmçinin bildirib ki, bazar ertəsi banklar açılacaq və vətəndaşlar ora qoyduğu qızılları geri ala biləcəklər.