image-reklam-veteninfo
image-1backend

Ermənistandan Azərbaycana ilk dəfə məhsul ixrac edildi

image-reklam-veteninfo

Ermənistandan Azərbaycana ilk dəfə məhsul ixracı həyata keçirilib.

Vətəninfo.az “Armenpress”-ə istinadən  xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib.

Papoyan Azərbaycana ixrac olunan alüminium folqanın həcmi barədə məlumat verməyib.

Ermənistandan Azərbaycana digər məhsulların da ixracının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala isə nazir qısa şəkildə “Baxacağıq” cavabını verib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki