Ermənistan atom elektrik stansiyası Agentliklə sıx əməkdaşlıq edərək Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tövsiyə və təlimatlarına əməl edir. Agentlik əmindir ki, Ermənistan AES-in təhlükəsizliyi baxımından ciddi işlər görür. Vətəninfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi erməni mediasına müsahibəsində bildirib .
“Ermənistanın atom elektrik stansiyası Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyə və göstərişlərinə əməl edir. Bu çox vacibdir. Atom elektrik stansiyasında zəruri olan mühüm təmir işləri aparıldı. Beləliklə, biz fəaliyyətimizi davam etdirə bilərik. Atom elektrik stansiyasının istismar müddəti bir neçə il uzadılmalıdır və biz bu işlərin necə aparılmasından razıyıq”, – deyə Qrossi bildirib.


























