image-reklam-veteninfo
image-369165935_597223752615951_3625281127189331363_nbackend

 Faizə Haşimi : “İran xalqının silahı seçkilərdə iştirakdan imtina etməkdir”

image-reklam-veteninfo

Hazırda həbsdə olan İslam Respublikası hökumətinin tənqidçisi və keçmiş prezident Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi yaydığı son siyasi bəyanatda seçkilərə qatılmamağın vacibliyini bir daha vurğulayaraq, seçkiləri boykot etməyin İran xalqı üçün bir növ “silah” olduğunu bildirib.

O, islahatçı siyasi fəal Hüseyn Mərəşiyə ünvanladığı məktubda yazıb: “Bizim silahımız (seçkidən) imtinamızdır və sınaqdan keçənləri bir daha sınaqdan keçirmək yanlışdır”.
“Xalqın həlli yolu vətəndaş itaətsizliyi, tələblərini yerinə yetirərkən [məmurlara] məhəl qoymamaq, onlara təzyiqləri artırmaq və təngə gətirməkdir”,-deyə siyasətçi əlavə edib.
Evin zindanında cəza çəkən siyasi fəal İslam Respublikasının qanunlarına işarə edərək sözlərinə belə davam edib: “Ədalətsizliyi və korrupsiyanı leqallaşdırmaq üçün hər gün yeni-yeni qanunların yazıldığı bir dövrdə, seçkilərin rəqabətə davamlı olması və sağlam şəraitdə keçirilməsi, seçilmiş namizədlərin verdiyi vədləri yerinə yetirməkdə sərbəst fəaliyyət göstərməsi, ən əsası isə seçilən millət vəkillərinin öz şüarlarını həyata keçirmək iradəsinin olması üçün hansı perspektivlər var?”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki