image-reklam-veteninfo
image-6580522d0434cbackend

”GÖKTÜRK-2” peyki Yer kürəsi ətrafında 60 min dəfə dövr edib

image-reklam-veteninfo

”GÖKTÜRK-2” peyki 11 ildə Yer kürəsi ətrafında 60 min dəfə dövr edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə  Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.
“11 il əvvəl bu gün kosmosa buraxdığımız ”GÖKTÜRK-2” peykimiz Yer kürəsinin ətrafında 60 min dəfə dövr edib və görüntülər çəkib”,-deyə paylaşımda vurğulanıb.
Paylaşımda ”GÖKTÜRK-2”nin xüsusiyyətləri barədə də məlumat verilib. Məlumata əsasən, ”GÖKTÜRK-2” ilə dünyanın istənilən yerindən coğrafi məhdudiyyət olmadan yüksək keyfiyyətli şəkillər çəkilə bilər.
18 dekabr 2012-ci ildə Türkiyə vaxtı ilə saat 19.12-də Çindən kosmosa buraxılan ”GÖKTÜRK-2” peyki Hərbi Hava Qüvvələri Komandanlığının tərkibindəki Kəşfiyyat Peyk Taburu Komandanlığı personalı tərəfindən 24 saat idarə olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki