image-1708420578_1708419771_photo_5379733159043781351_ybackend

Günel Səfərova: “Zorakılığı törədən şəxs qızın ona virtual aləmdə zorakılıq etdiyini deyib”

image-reklam_sirab_01
“Biz nazirlik nümayəndələri və məktəblə əlaqə saxladıq. Hazırda məsələ Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırılır. Biz gözlüyürdük ki, uşaq və valideynləri gələcək. Təəssüf ki, heç birinə əl çatımlığımız olmadı. Buradan açıq mesj vermək istəyirəm ki, bu, həm də valideynin məsələyə məsuliyyətsiz yanaşmasından irəli gəlir. Telefonlara cavab vermirlər”.
Bu sözləri Baku TV-yə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib.
O əlavə edib ki, zorakılığı törədən şəxs əvvəlcə o qızın ona elektron zorakılıq törətdiyini deyib: “Bu, virtual aləmdə olub. Bu şagirdin bu yolu seçməsi qəbuledilməzdir. Zorakılığı törədən hələ də bu məktəbin şagirdidir. Zorakılığa məruz qalan isə həmin məktəbi 9-cu sinifdən tərk edib”.
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki