image-3backend

Günəşin batdığı, gözəlliklərin işıq saçdığı tarixi məkanlar – FOTOLAR

image-reklam_sirab_01

Hər daşı, hər divarı bir tarixdir Türkiyənin. Hər il milyonlarla turistin üz tutduğu bu qədim yurdda minlərlə tarixi əsərlər mövcuddur. Bu qədim və tarixlə zəngin ölkəni gəzən turistlərin sayı hər il durmadan artır. Tarix boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi edən və coğrafi mövqeyi ilə dünyanın ən əhəmiyyətli tranzit yollarından biri olan Anadoluya səfər edən turistlərin sevgisi tükənməzdir. Bu günkü yazımızda Türkiyənin ən gözəl məkanlarını sizin diqqətinizə çatdıracayıq.
Nemrut 

image-1
Adıyamanın Kahta rayonunda yerləşən və Kommagene Krallığının qədim şəhərini ehtiva edən milli parkda şir və qartal heykəlləri arasında 7 metrə qədər olan nəhəng heykəllər var. Bölgə tarix həvəskarları üçün idealdır.

AMASRA

image-2
Qara dənizin füsunkar şəhərlərindən biri olan Amasra öz təbii gözəllikləri ilə yanaşı, qalası, muzeyi və Genuya qalası ilə turistlərin sevimli məkanlarından biridir.

image-3

Likya, Roma və Bizans sivilizasiyalarından tarixi binaların yer aldığı Olimposda təbii və əsrarəngiz bir gözəllik var. Çıralıda 3 min ildir yanan ocaq da bura bir möhtəşəmlik qatır.
​Ulubat gölü 

image-4
Bursadan 34 km uzaqlıqda yerləşən Uluabat gölü quruluşuna görə müxtəlif növlərə aid yüz minlərlə su quşu üçün qidalanma və sığınacaq təmin edir. Su canlıları üçün zəngin quruluşa malik göldə 21 növ balıq var.
Tarixi Şirincə kəndi

image-5
İzmirin Səlcuq mahalına 8 km məsafədə, Efes xarabalıqları ilə məşhurdur. Şirince, şərqdə üzüm bağları, şaftalı bağları və zeytun bağları ilə əhatə olunmuş tarixi bir Yunan kəndidir. Burada tikilən Şirincə evləri də 19-cu əsr Anadolu memarlığını əks etdirir.

CUMALIKIZIK

image-6
Tarixlə baş-başa qalmaq istəyirsinizsə Bursadan 2 km uzaqda olan Cumalıkızık kəndinə gedin. Bu kənd  Orhanqazinin Bursaya girmədən əvvəl tikdirdiyi kəndlərdən biridir. Osmanlı memarlığının ən gözəl nümunələri olan evlərdən ibarət kəndə getsəniz, dar küçələrdən axan su sizi qarşılayacaq.

Günəşin son batdığı yer  GÖKÇEADA

image-11
Türkiyənin son gün batışını izləmək üçün  Kaleköydə getməyiniz məsləhətdir. Bu tarixi ərazidə bir xəyal qura biləcəksiniz.

Tortum şəlaləsi

image-tot

Tortumdan 35 km uzaqlıqda yerləşən möhtəşəm bir şəlalə var. Bu Tortum şəlaləsidir.  48 metr hündürlüyü ilə şəlalə Asiya və Avropanın ən böyük, dünyada isə üçüncü ən böyük şəlalə kimi tanınır.

Gəzməklə bitməyəcək, görməklə doymayacağınız Türkiyənin gözəlliklərini kəşf etmək lazımdır. Bunun üçün qardaş ölkəyə səfər etmək lazımdır. Yolunuz açıq olsun.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki