image-1backend

Gürcüstan prezidenti:”Bizim bir düşmənimiz var – Rusiya”

image-reklam_sirab_01

Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, Gürcüstanın bir düşməni var – Rusiya.

Vətəninfo.az xəbər verir ki, o, bu fikri “Azadlıq” radiosunun gürcü xidmətinə müsahibəsində bildirib.

“Bəlkə kimsə bunu başa düşmür, ya kimsə anlamaq istəmir, ya da başa düşməmək kiminsə xeyrinədir. Amma onun (düşmən Rusiya qarşısında) mövcud olması faktdır.

Rusiya bunu gizlətmir və bu fakt hər şeydə görünür”, – Zurabişvili əlavə edib və etiraf edib ki, Gürcüstanda heç də hamı Rusiyanı düşmən kimi qəbul etmir.
Gürcüstan rəhbərinin sözlərinə görə, “bu gün Rusiyanın qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq niyyəti və ya istəyi olduğuna dair heç bir əlamət yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki