Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 716 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 637 691, ölənlərin sayı isə 16 585 nəfərə çatıb. Virusa yoluxanlardan 1 590 380 nəfərin sağaldığı bildirilib.