image-reklam-veteninfo
image-1backend

Hansi Flikin “Qalatasaray”la oyun üçün heyəti açıqlandı – Lamin Yamal rekord hədəfində

image-reklam-veteninfo

“Barselona”nın baş məşqçisi Hansi Flikin UEFA Çempionlar Liqasında “Qalatasaray”a qarşı keçiriləcək oyun üçün planlaşdırdığı heyət barədə məlumat yayılıb.

Vətəninfo.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Flik çətin qarşılaşmada təcrübəli futbolçulara üstünlük verməyə çalışır.

Müdafiənin cinahlarında Erik Qarsiya və Joau Kanselu, mərkəzində isə Pau Kubarsi və Xerard Martinin yer alacağı bildirilir. Yarımmüdafiədə Rodri və Pedrinin əsas fiqurlar olacağı gözlənilir.

Hücum xəttində Entoni Qordon, Fermin Lopes və Lamin Yamalın yaratdığı imkanları Qabriel Jezusun dəyərləndirməsi nəzərdə tutulur. Məlumata görə, heyətdəki doqquz futbolçu beynəlxalq oyun təcrübəsinə malikdir.

Qarşılaşma Lamin Yamal üçün də xüsusi əhəmiyyət daşıya bilər. Gənc ispaniyalı futbolçu Çempionlar Liqasında 20 yaşına çatmamış 13 qol vuran Kilian Mbappenin rekordunu qırmağa yaxınlaşır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki