image-reklam-veteninfo
image-kamilla-isayeva-jpgbackend

Həkim Kamilla İsayevadan “Adeline Beauty Academy”yə sərt cavab: “Sizin kimi göbələkləri məhv etmək lazımdır!”

image-reklam-veteninfo

 

Vətəninfo.az xəbər verir ki sosial şəbəkələrdə “Adeline Beauty Academy” adlı mərkəzin fəaliyyəti və təqdim etdiyi kurslar geniş müzakirələrə və sərt reaksiyalara yol açıb. Belə ki, adıçəkilən mərkəz sosial şəbəkə platformalarında kosmetologiya sahəsinə marağı olan şəxsləri aylıq 100 AZN ödənişlə qısa müddətdə hazırladığını elan edib.

Təhsil mərkəzinin yayadığı videolarda özünü təcrübəli mütəxəssis kimi təqdim edən şəxs insan аnаtоmiyası, xüsusilə də “arteriya və vena” damarları, həmçinin dərinin və əzələlərin quruluşu barədə təqdimatlar edib. Lakin həmin çıxış zamanı səsləndirilən tibbi terminlər və anatomiya izahatları sosial şəbəkə istifadəçilərinin, xüsusilə də peşəkar həkimlərin sərt etirazına səbəb olub.

Respublikanın bu sahədətanınmış həkimlərindən biri olan Kamilla İsayeva sözügedən kadrlara və yayılan elana rəsmi səhifədə yazdığı sərt şərhlərlə reaksiya verib. O, tibbi təhsili olmadan anatomiya və tibbi terminlər üzrə səthi məlumatlarla təlim keçməyə çalışan şəxsləri kəskin tənqid edib:

“Siz kosmetoloq ola bilərsiz, amma anatomiyadan danışıb biyabır etməyin özünüzü… Ayıbdır, əlifbanı əzbərləyib çıxış etməyin… Venoz anladıq, bəs… ay savadsızlar, arterioz… sizmi icad etmisiz? Özünüz kimi bisavadları doldurun… Sizin kimi göbələkləri məhv etmək lazımdır”,-deyə həkim qeyd edib.

Həmçinin həkim səhiyyə qurumlarının bu cür hallara qarşı diqqətli olmasını və aylıq 100 manata gülünc şəkildə akademiyalar yaradılıb sağlamlığa zərər vuran addımların atılmasını qınayıb.

Qeyd edək ki, sözügedən kursun reklamının altında digər sosial şəbəkə istifadəçiləri də tibbi təhsilin tələb olunub-olunmadığı ilə bağlı suallar ünvanlayaraq mövzuya dair narahatlıqlarını ifadə ediblər.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki