“Hicab məsələsi həddi-büluğa çatanlar üçündür. Əgər həddi-büluğa çatmayıbsa, hələ fərz deyil. Əgər belə tələb olunursa, məktəbə qədər getsin, sonra açsın, sonra məktəbdən çıxanda təzədən geyinsin. Vəziyyətə uyğun hərəkət eləsin”.
Vətəninfo.az xəbər verir ki, bunu Bakıdakı Əbu Bəkr sünni məscidinin keçmiş imamı, ihahiyyatçı Qamət Süleymanov deyib.
Süleymanova görə, radikal qüvvələr bunu şişirdirlər, istifadə edirlər. Ehtiyatlı olmaq lazımdır.


























