image-reklam-veteninfo
image-1backend

Hindistan 100 hərbi kosmik peyk buraxmaq niyyətindədir-The Times of India

image-reklam-veteninfo

Hindistan 7-8 il ərzində hərbi kosmik peyklər parkını 100 cihazla artırmağı planlaşdırır. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “The Times of India” Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazır.

“Hindistanın hərbi kosmik peyk donanması yaxın 7-8 il ərzində 100 cihaz artacaq. Yaxın və uzaq kosmosda əməliyyatların aparılması üçün ölkədə Kosmik Komandanlıq yaradılacaq”, – mənbə bildirib.

Onun sözlərinə görə, Hindistan Hərbi Hava Qüvvələri kosmosdan həm hücum, həm də müdafiə məqsədləri üçün səmərəli istifadə istiqamətində aktiv addımları nəzərdə tutan yeni doktrinanın layihəsini təsdiq üçün hökumətə göndərib.

Həmçinin, təklif olunan layihəyə əsasən, Hindistan Hərbi Hava Qüvvələri Hindistan Aerokosmik Qüvvələrinə çevrilmək istəyir.

Mənbənin sözlərinə görə, Hərbi Hava Qüvvələri hökumətin tezliklə təklifi təsdiqləyəcəyini gözləyir.

2013-cü ilin avqustunda Hindistan ilk hərbi peyki olan GSAT-7-nin uğurla buraxıldığını elan etdi. ölkənin dəniz qüvvələrinin müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki