image-1backend

Hindistan Kəşmirin xüsusi statusundan məhrum edilməsi qərarını təsdiqləyib

image-reklam_sirab_01

Hindistanın Ali Məhkəməsi hökumətin Cammu və Kəşmir əyalətinə xüsusi status verən ölkə Konstitusiyasının 370-ci maddəsinin müddəalarının ləğvi barədə qərarını yekdilliklə təsdiqləyib. Bu barədə Vətəninfo.az-ın PTI agentliyinə istinadən xəbər verir .

Ali Məhkəmənin məlumatına görə, Hindistan parlamentinin 2019-cu ildə təsdiq etdiyi Cammu və Kəşmirin xüsusi statusunun ləğvi Konstitusiyaya uyğun olaraq həyata keçirilib. Beləliklə, Ali Məhkəmə Cammu və Kəşmirin xüsusi statusu ilə bağlı onilliklər boyu davam edən mübahisələrə son qoydu.

Xüsusi statusa görə dövlətin ayrıca konstitusiyası, bayrağı və yerli idarəetmə muxtariyyəti var idi. Ali Məhkəmənin qərarına əsasən, 2024-cü ilə qədər Sentyabrda ştatda yerli şuralara seçkilər keçirilməlidir.

Hakimlər qərarlarını belə əsaslandırıblar ki, 370-ci maddə müvəqqəti tədbirdir və prezidentin onu ləğv etmək səlahiyyəti var.

2019-cu ildə Yeni Dehlinin bölgənin muxtar statusunu ləğv etməsi Hindistan və Pakistan arasında münasibətlərin pisləşməsinə səbəb oldu. Cammu və Kəşmir 20-ci əsrin ortalarından bəri Hindistan, Pakistan və Çin tərəfindən mübahisə edilən daha böyük Kəşmir bölgəsinin bir hissəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki