image-1backend

Homerin “İliada” əsərində təsvir etdiyi Troya, Övliya Çələbinin heyran qaldığı şəhər – FOTOLAR

image-reklam_sirab_01

Türkiyənin hər daşı, hər qayası bir tarixdir. Maraqlıdır ki, uzun illərdir turizm məkanı kimi tanınan Türkiyənin tarixi gizlinlikləri son illər açılır. Məhz bu səbdən son illər ərzində dünyadan Türkiyəyə çoxsaylı turist axın edir. Təkcə 2023-cü ilin keçən 11 ayı ərzində Türkiyəyə 30 milyona yaxın turist gəlib. Sözsüz turist axının bir neçə səbəbi var: Yüksək xidmət, günəşli hava, dəniz və çoxsaylı tarixi abidələr.

İllər ərzində şərqdən qərbə bir çox sivilizasiyaya ev sahibliyi edən, onlardan miras qalan dəyərli tarixi və təbii gözəlliklərə malik cənnət  Türkiyənin ən gəzməli və görməli  tarixi məkanlarını sizə təqdim edirik.

1) Tarixi Yarımada, İstanbul

Tarixi Yarımada təkcə İstanbulda deyil, Türkiyədə də ən çox turisti qəbul edən bölgədir. Şəhərin ən qədim nöqtəsi deyə biləcəyimiz Tarixi Yarımadada YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Ayasofya, Sultanahmet məscidi, Topqapı sarayı, Gülhanə parkı, Arxeologiya Muzeyi və Yerebatan Sarnıcı kimi bir çox mədəni dəyərlər var.

image-1
2) Aya Yorgi Kilsəsi, Büyükada, İstanbul

Türkiyədə xristianlar üçün iki vacib ziyarət yeri olduğunu bilirsinizmi? Biri İzmirin Səlcuq rayonundakı Məryəm Ana Manastırı, digəri isə Büyükadanın zirvəsində yerləşən Aya Yorgi kilsəsidir.

Büyükadaya səfəriniz zamanı Türkiyənin məşhur tarixi yerlərindən biri olan Aya Yorgi kilsəsini siyahınıza əlavə etməyi unutmayın.

image-2

3) Gəzinti Köşkü, Yalova

Gəzinti Köşkü hekayəsini bilməyən varmı? Tez xatırlamağa necə? 1929-cu ildə Mustafa Kamal Atatürkü yerləşdirmək üçün 22 günə tikilən iki mərtəbəli malikanəyə çinar yoldaşlıq edir. Bir müddət sonra böyüyən çinarın budaqları malikanəyə ziyan vurur və bu səbəbdən ağacı kəsmək istəyirlər. Atatürk ağacı kəsmək əvəzinə malikanənin qabağa aparılmasını əmr edir. Belə ki, malikanənin bünövrəsinə tramvay yayları qoyulur və konstruksiya irəli çəkilir.

Arxasındakı hekayəyə görə Gəzinti Köşkü adlandırılan bina, Cümhuriyyət dövrünə aiddir və Türkiyənin məşhur tarixi yerlərindən biri olaraq muzey kimi xidmət edir. Burada Atatürkün yataq otağı və istirahət otağına baxa, şəxsi əşyalarına baxa bilərsiniz. Çinar? O, doğma yerində qonaqları salamlamağa davam edir.

image-3

4) Ulu Məscid, Bursa

Övliya Çələbinin “Bursanın Ayasofyası” adlandırdığı Ulu Məscid Bursanın ən simvolik quruluşudur. Bursa şəhərinin mərkəzində I Bəyəzidin tikdirdiyi məscid çoxqübbəli Osmanlı məscidlərinin ilkidir.

image-4

5) Səlimiyə məscidi, Ədirnə

Memar Sinanın “mənim şah əsərim” adlandırdığı Səlimiyə məscidi Ədirnənin simvoludur. İbtidai məktəb, mədrəsə və ibadət yeri, eləcə də məsciddən ibarət olan bu kompleks 1575-ci ildən ibadət üçün açıqdır.

Səlimiyə Məscidini ziyarət edərkən 101 fərqli lalə naxışlı kaşıları araşdırmağı və məşhur “ters çevrilmiş lalə” motivinə baxmağı unutmayın!

image-5

6) Antik Troya şəhəri, Çanaqqala
Əfsanələrə mövzu olan bölgəyə gedək: Troya Qədim Şəhəri! Homerin “İliada” əsərində təsvir etdiyi Troya müharibəsinin baş verdiyi bu şəhər tarixdə ilk gözəllik yarışmasının və ilk rüşvətin baş verdiyi yer kimi tanınır.

Dünyanın ən məşhur qədim şəhərlərindən biri olan Troya Qədim Şəhərini ziyarət etməzdən əvvəl baş rollarda Bred Pitt və Orlando Blumun çəkildiyi Troya filminə baxmağınızı tövsiyə edirik.
image-6
7) Gelibolu Yarımadası Tarixi Milli Parkı, Çanaqqala
Türkiyənin məşhur tarixi yerlərindən biri olan Gelibolu Yarımadası Tarixi Milli Parkı tarixin izində Türkiyəyə səfərləriniz zamanı mütləq görməli yerlərdən biridir.

33 min 400 hektardan çox ərazini əhatə edən tarixi parkda müxtəlif ölkələrdən olan 250 mindən çox əsgərin məzarları, çoxlu redutlar, abidələr, qalalar və muzeylər var.

image-7

8) Taksiyarhis Kilsəsi, Balıkesir

1873-cü ildə inşa edilən Taksiyarhis Kilsəsi Ayvalığın ilk kilsəsidir. Uzun illər qapılarını ibadətə açıq saxlayan bina 1927-ci ildə Tekel Anbarı kimi fəaliyyət göstərmiş və 2012-ci ildə Koç ailəsinin təşəbbüsləri ilə muzeyə çevrilmişdir.

Rəhmi M. Qoç Muzeyi olaraq fəaliyyət göstərən Taksiyarhis Kilsəsində görülməyə dəyər tarixi taxta oyuncaqlar, avtomobillər və qayıq maketləri var.

image-8

9) Çeşmə qalası / Çeşmə Muzeyi, İzmir

Çeşme ilə qonşu Sakız Adası arasında ticarətin inkişaf etdiyi dövrdə, 15-ci əsrdə Cenevizlilər tərəfindən inşa edilən Çeşmə qalası, bu gün Çeşmenin ən əhəmiyyətli tarixi dəyərlərindən biridir.

1984-cü ildən bəri muzey kimi fəaliyyət göstərən Çeşmə qalasına hər il yüzminlərlə turist gəlir.
image-9
10) Bakirə Məryəm Manastırı, İzmir
Trabzondakı Sümela Manastırından sonra Türkiyənin ikinci ən böyük monastırı olan Məryəm Ana Manastırı İzmirin Səlcuq rayonundan 9 km aralıda, Bülbüldağı yamaclarında yerləşir.

Bir vaxtlar Məryəmin yaşayıb vəfat etdiyi yer olduğu güman edilən bu tikili Türkiyədəki xristian zəvvarların iki ziyarət yerindən biridir.

Məryəm Manastırı hər il “Məryəm Ananın Meraca Çıxış Günü”, yəni 15 Avqustda yüzlərlə insanı bir araya gətirməyə davam edir və Türkiyənin ən məşhur tarixi yerləri sırasındadır.

image-10

11) Didim qədim şəhəri, Aydın

Şəhər adlarının haradan gəldiyi ilə maraqlanırsınız? Dünyaca məşhur Apollon məbədi ilə məşhur olan Didim Antik Şəhərinin Aydının Didim mahalına adını verdiyini bilirdinizmi?

Tarixdə tanrılara qurban yeri olmaqla yanaşı, falçıları ilə də məşhur olan Didim öz dövründə “dünyanın ən böyük peyğəmbərlik şəhəri” kimi tanınırdı. Bu gün görülməyə dəyər qədim şəhərlərdən biri və Türkiyənin məşhur tarixi yerləri sırasındadır.

image-11

12) Güvercinada qalası, Aydın

Kuşadasının simvolu halına gələn Güvercinada qalasının 13-cü əsrin sonlarında genuyalılar tərəfindən tikildiyi məlumdur.

Uzun illər “Pirat qalası” adlandırılan quruluş 2020-ci ildə YUNESKO-nun Ümumdünya İrsi İlkin Siyahısına düşüb.

image-12

Yazımızın əvvəlində Türkiyənin hər daşının bir tarix olduğunu qeyd etmişdik. Bunu əbəs yerə qeyd etməmişdik. Türkiyənin hər kəndi belə tarixin bütün gizlinliklərini özündə əks etdirir. Yolunuz bu qədim yurda düşsə mütləq tarixlə zəngin bu abidələri ziyarət edin.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki