image-reklam-veteninfo
image-1backend

Hörmüz böhranı Qətər iqtisadiyyatını çökdürdü: 42 faizlik geriləmə  

image-reklam-veteninfo

Qətərin dövlət gəlirləri Hörmüz boğazı ətrafında yaranan böhran və enerji infrastrukturuna dəyən ziyan nəticəsində cari ilin ilk yarısında 42 faiz azalıb.

Vətəninfo.az xəbər verir ki, bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani açıqlayıb.

Əmir bildirib ki, gəlirlərin kəskin azalmasına baxmayaraq, əsas xidmətlərə və ölkənin inkişaf prioritetlərinə zərər vurulmayıb.

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması, eləcə də Ras Laffan sənaye zonasındakı bəzi enerji obyektlərinə birbaşa ziyan dəyməsi dövlət ixracının böyük hissəsinin dayanmasına səbəb olub.

Al Tani vurğulayıb ki, Qətər dünya üzrə mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən beşdə birini təmin edir. Buna görə də enerji təchizatında yaranan istənilən fasilə qlobal bazarlara və istehlakçılara sürətlə təsir göstərir.

Baş verənlər Hörmüz boğazının qlobal enerji təhlükəsizliyi və Körfəz ölkələrinin iqtisadiyyatı üçün strateji əhəmiyyətini bir daha gündəmə gətirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki