image-1backend

“Hraparak”: Qərb Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir

image-reklam_sirab_01

Qərb Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Vətəninfo.az xəbər verir ki, bu barədə  “Hraparak” qəzeti yazıb.

Nəşr yazır :”Hakimiyyət dairələrində növbədənkənar parlament seçkiləri tələbinin Qərbdən gəldiyini gizlətmirlər. Nikol Paşinyan növbədənkənar parlament seçkiləri mövzusuna qısa da olsa toxunub, gələn il seçkilərin keçirilə biləcəyini istisna etmir.

Belə çıxır ki, Qərb də öz növbəsində Paşinyandan sadiqlik andı tələb edir ki, Ermənistan tez bir zamanda Rusiyadan qoparaq Avropaya tələsməlidir. Paşinyanın vədləri əvəzinə Qərb gözləyir ki, yeni seçkilər vasitəsilə Ermənistanda anti-Rusiya parlamenti formalaşacaq, burada Aram Zaven Sarkisyan və digər qərbpərəstlər mütləq iştirak edəcəklər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki