image-1backend

Husilər ABŞ və Böyük Britaniyanı HƏDƏLƏDİ

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Yəməndəki husilər ABŞ və Böyük Britaniyanı hərbi gəmilərini Qırmızı dənizdən çıxarmağa çağırıb.
Husilərə məxsus SABA xəbər agentliyi Husilərin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husinin paytaxt Sənada keçirilən hərbi paradda çıxış etdiyini açıqlayıb.
Xəbərə əsasən, Husi qeyd edib ki, ABŞ və Böyük Britaniyanın Qırmızı dənizdəki mövcudluğu Vaşinqton və Londonun iddia etdiyi kimi beynəlxalq gəmiçiliyi qorumaq üçün deyil, Fələstin xalqına qarşı soyqırım müharibəsi aparan İsraili müdafiə etmək üçündür.
ABŞ-ın husilərin nəzarətində olan əraziləri bombaladığı zaman husilərin qorxmadığını ifadə edə Husi Yəmən xalqına qarşı işləyən istənilən gəminin batırılacağını bildirib.

Husi ABŞ və Böyük Britaniyanın təhdidlərinin faydasız olduğunu qeyd edərək, onları gəmilərini Qırmızı dənizdən çıxarmağa çağırıb.
Husi həmçinin ABŞ və Böyük Britaniyanı İsrailin baş naziri Benyamin Netanyahuya hücumları dayandırmağa və Qəzzadakı mühasirəni aradan qaldırmağa yönəltməyə çağırıb və bunun “doğru yol” olduğunu bildirib.

İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq oktyabrın 31-də İsrail şirkətlərinə aid ticarət gəmilərini ələ keçirməyə başlayıb və bəzilərinə pilotsuz təyyarələr və raketlərlə hücum edib.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib.
Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki