image-reklam-veteninfo
image-1backend

İlon Mask artıq trilyoner deyil

image-reklam-veteninfo

İlon Musk artıq trilyoner deyil – sahibkarın sərvəti 28,6 milyard dollar azalıb və hazırda 977,2 milyard dollar olaraq qiymətləndirilir.

”Forbes” jurnalının məlumatına görə, Maskın itkiləri ticarət zamanı 3% düşən SpaceX səhmlərinin azalması ilə əlaqədardır.

Lakin bu, sahibkarın sərvətinin 1 trilyon dollardan aşağı düşməsi ilə bağlı ilk hal deyil. 12 iyunda Mask SpaceX-in Nasdaq-da siyahıya alınmasından sonra dünyanın ilk trilyoneri oldu, lakin bir neçə gün sonra SpaceX və Tesla səhmlərinin azalması səbəbindən bu statusunu itirdi.

5 oktyabrda hər iki şirkətin səhm qiymətlərinin artması fonunda iş adamının sərvəti yenidən 1 trilyon dolları keçdi.

İndi Mask yenidən bu statusunu itirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki