image-reklam-veteninfo
image-1backend

Indian Defence Times: Hindistan Ermənistan hərbçilərinə “Akash” sistemi üzrə təlim keçir

image-reklam-veteninfo

Hindistan və Ermənistan müdafiə sahəsində əməkdaşlığı genişləndirməkdə davam edir.

Vətəninfo.az “Indian Defence Times”ə istinadən xəbər verir ki, Hindistan hərbçiləri Ermənistan ərazisində erməni hərbi qulluqçularına “Akash” hava hücumundan müdafiə sistemi ilə bağlı təlim keçir.

Məlumata əsasən, hindistanlı zabitlərin Ermənistan hərbçilərinə “Akash” sisteminin istismarı üzrə təlim keçməsi iki ölkənin silahlı qüvvələri arasında əməliyyat əməkdaşlığının genişləndiyini göstərir.

Təlimlər çərçivəsində sistemin texniki imkanları, istismar prosedurları, texniki xidməti və taktiki tətbiqi ilə bağlı hazırlıq keçirilir.

“Akash” təyyarə, helikopter, pilotsuz uçuş aparatları və qanadlı raketlər də daxil olmaqla müxtəlif hava təhdidlərinə qarşı mübarizə aparmaq üçün hazırlanmış orta mənzilli mobil hava hücumundan müdafiə sistemidir.

Son illərdə Hindistan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq intensivləşib. Əməkdaşlıq hərbi texnika tədarükü, hərbi qulluqçuların hazırlanması, qarşılıqlı səfərlər və peşəkar təlimlər kimi istiqamətləri əhatə edir.

Ermənistanın hərbi qulluqçuları daha əvvəl Hindistanda müxtəlif təlimlərdə iştirak ediblər. Ermənistan, həmçinin Hindistanın təşkil etdiyi “Tarang Shakti” çoxmillətli aviasiya təlimlərinə müşahidəçi qismində qatılıb.

Beləliklə, iki ölkə arasında müdafiə sahəsində əlaqələr yalnız hərbi texnika tədarükü ilə məhdudlaşmır, həmçinin hərbi-texniki, təlim və əməliyyat əməkdaşlığını da əhatə edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki