image-img-20240429-wa0219backend

İordaniyadakı səfirliyimizdə turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirildi- FOTO

image-reklam_sirab_01

Azərbaycanın İordaniyadakı səfirliyində Azərbaycandan gələn turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycanın İordaniyadakı səlahiyyətli səfiri Eldar Səlimov bu səfərin Azərbaycan və İordaniya arasında turizm sektoruna töhfə verəcəyini bildirib. Eldar Səlimov qeyd edib ki, iki dövlətin Azərbaycan və İordaniyanın dostluq əlaqələrinin tarixi kökləri var.  Daha sonra Eldar Səlimov turizm şirkətlərinin rəhbərləri ilə fikir mübadiləsi aparıb. Turizm şirkətlərinin rəhbərləri tezliklə Azərbaycandan İordaniyaya, eləcə də əks istiqamətdə turistlərin axının artacağını bildiriblər. Turizm şirkətlərinin adından R-travel&Tours şirkətinin prezidenti Əbülfət Hüseynov onlara İordaniyada yaradılan şəraitdə və göstərilən diqqətə görə Eldar Səlimova təşəkkürünü bildirib. Daha sonra xatirə şəkli çəkilib.

image-img-20240429-wa0218

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki