Bildiğimiz kimi sentyabrın 27-də düşmənin növbəti genişmiqyaslı təxribatına cavab olaraq şanlı Azərbaycan Ordusu qətiyyətlə əks-hücuma keçdi. Hər gün yeni qələbələr əldə edərək düşmənə sarsıdıcı zərbələr vurdular. Bütün xalq kiçikdən böyüyə kimi bir yumruq kimi birləşərək ordumuza dəstək oldu. Analar böyük iftixarla balalarını ön cəbhədə düşmənlə vuruşmağa göndərdilər. O analar ki, öz şəhid övladlarının tabutunu fəxrlə çiyinlərində daşıdılar.
Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizə güclü bir ordu qurmaq imkanı yaratdı. Elə bir ordu ki Vətən müharibəsində tarix yazdı. Tətbiq etdiyi innovativ silahlar, döyüş metodları ilə XXI əsrin müharibəsini apardı və bu təcrübə indi dünyanın bir çox aparıcı hərbi məktəblərində öyrənilməkdədir.
44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə, təxminən 30 ildən sonra torpaqlarımızın düşməndən təmizlənməsində də iqtisadi amillər çox mühüm rol oynadı. Azərbaycan ötən onilliklərdə əsas imkanlarını sosial-iqtisadi inkişafa yönəltdi. Həyata keçirilən inkişaf proqramları ilə işğalçı Ermənistan üzərində böyük üstünlüklər qazandı.
Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursuna uyğun olaraq Azərbaycanın sözün əsl mənasında həqiqi müstəqilliyini təmin etdi. Ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan vermədi. Əksinə, Azərbaycanı ən önəmli, rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkəyə çevirdi. Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı oldu.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə intellektə böyük yer verməklə modern cəmiyyətlərin nəbzini tutduğunu bütün dünyaya nümayiş etdirdi. Çünki hazırkı şəraitdə sosial tərəqqi tempi əsasən hakimiyyətin intellektlə uzlaşdırılması dərəcəsindən asılıdır. Burada hər bir cəmiyyətin keçdiyi tarixi, siyasi, iqtisadi təkamül yolunu nəzərə alaraq intellektual potensialdan maksimum istifadə etmək ideyası vardır. Həmin xüsusiyyət ölkəmiz üçün İlham Əliyevin inteqrativ modernləşmə kursunda öz əksini tapmışdır. Məhz bu kursun həyata keçirilməsi nəticəsində Azərbaycanın qısa zaman ərzində nail olduğu bugünkü inkişafı və gələcəyə doğru hesablanmış hədəfləri beynəlxalq miqyasda maraq doğuran hadisə kimi qiymətləndirilir.
COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir. Azərbaycan hökuməti ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb;
– Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib;
Son illər fundamental tədqiqat əsərlərində iqtisadiyyata verilən əsas təriflərdən biri belədir ki, iqtisadiyyat fərdlərin və cəmiyyətin təbiətdən və keçmiş nəsillərdən gələn məhdud resurslardan necə istifadə etməyi seçdiyini öyrənən elmdir. Bu tərifdəki əsas söz məhz seçimlə bağlıdır. Geniş mənada iqtisadiyyat davranış və sosial elm olaraq insanların necə seçim etdiklərini öyrənir. Seçimlər üst-üstə düşəndə bu, cəmiyyətin uğuruna çevrilir.
Azərbaycanda elm və təhsilin müasir səviyyədə inkişafı digər amillərlə yanaşı, dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlığın genişləndirilməsindən, elmi fəaliyyətin və təhsil prosesinin təşkilində beynəlxalq təcrübə mübadiləsindən bilavasitə asılıdır. Bunun üçün də ölkəmizdə elm və təhsil dünyanın ayrılmaz tərkib hissəsi olaraq inkişaf edir, qlobal intellektual mühitə, universitetlərə, elmi mərkəzlərə sürətlə inteqrasiya olunur.
Bu gün Azərbaycan xalqının bir gözü ağlayırsa, bir gözü də gülür. Şəhidlərimizin müqəddəs qanı ilə suvarılan Qarabağ bu gün yenidən doğulmuşdur. Biz qəhrəman şəhidlərimizlə daim fəxr edirik. Onların bizə əmanət qoyub getdiyi övladlarını öz canımız kimi sevəcək, məğrur analarının qarşısında hörmət və ehtiramla təzim edəcəyik.
Cəfakeş xalqımızın, rəşadətli ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin sarsılmaz birliyi bizi bugünkü qələbəyə çatdırdı. Artıq, 30 illik həsrətimiz sona yetdi. Qəhrəman şəhidlərimizin ruhu şad oldu.Allaha minlərlə şükürlər olsun ki, bu gözəl günləri bizlərə nəsib etdi. Şanlı Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan!
Nəsimi Rayon Gənci: Gülnar Nəzərli Faiq qızı