İran tərəfindən həyata keçirilən zərbələrin Birləşmiş Ərəb Əmirliklərinin Hörmüz boğazından yan keçmək üçün inşa etdiyi neft kəmərinin son nöqtəsinə yönəldiyi bildirilir.
Vətəninfo.az xəbər verir ki, bu xətt ölkənin hazırda istifadə etdiyi əsas neft ixrac çıxışı hesab olunur. Məlumata görə, zərbənin infrastruktura vurduğu mümkün ziyanın miqyası hələ də dəqiq müəyyən edilməyib.


























