İran nümayəndə heyəti ABŞ ilə mümkün danışıqlarda iştirak etmək üçün İslamabada gəlib.
Vətəninfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyətinə Məclis sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
Danışıqların 11 apreldə Pakistanda keçirilməsi gözlənilir. Amerika nümayəndə heyətinə ABŞ-ın vitse-prezidenti J.D. Vensin rəhbərlik edəcəyi gözlənilir.


























