image-1backend

İran prezidenti İbrahim Rəisi Türkiyəyə gedir

image-reklam_sirab_01

İran prezidenti İbrahim Rəisi çərşənbə günü, yanvarın 24-də Türkiyəyə rəsmi səfərə gedəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə IRNA agentliyi xəbər verir.

İran liderinin Ankaraya səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutacaq. Səfər zamanı Türkiyə və İran prezidentləri Qəzzada atəşkəsin əldə edilməsi və girovların azad edilməsi istiqamətində atılan addımları, eləcə də bölgəyə humanitar yardımın göstərilməsi səylərini müzakirə edəcəklər.

Türkiyəli həmkarı ilə görüşdən əlavə, İran və Türkiyə prezidentlərinin iştirakı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasının keçiriləcəyi gözlənilir.

İran liderinin səfəri SEPAH generalı Qasim Süleymaninin dəfn mərasimində törədilən terror aktı səbəbindən ləğv edilib. Partlayışlar nəticəsində 84 nəfər həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image