image-reklam-veteninfo
image-1backend

İran Rusiyaya tarix və coğrafiya müəllimi göndərməyə hazırdır – Müctəba Zunnuri

image-reklam-veteninfo

Vətəninfo.az “Etemad online” saytına istinadən xəbər verir ki,   İran parlamentinin sədr müavini Müctəba Zunnuri İranın Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməyə hazır olduğunu deyib.
“Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməklə ərəb dövlətlərinin rusları aldatmasının qarşısını almaq istəyirik”,- o, əlavə edib.
Qeyd edək ki, dekabrın 20-də Mərakeşdə keçirilən Rusiya-ərəb ölkələri birgə toplantısında, İran körfəzində yerləşən üç mübahisəli ada ilə bağlı BƏƏ-nin mövqeyini dəstəkləyən bəyanat qəbul edilib. Rusiyanın ərəb ölkələrinin mövqeyini dəstəkləməsi İran tərəfinin qəzəbinə səbəb olub.
Qeyd olunub ki, Mərakeşdə keçirilən bu iclasdan sonra İran hökuməti Rusiyaya tarix və coğrafiya müəllimləri göndərmək fikrinə düşüb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki