Azərbaycanda axtarışda olan İrana sığınmış “Hüseyniyyun” qruplaşmasının üzvləri martın 17-də Azərbaycan əleyhinə daha bir tədbir keçiriblər.
Vətəninfo.az xəbər verir ki, bu barədə qruplaşmanın sosial media şəbəkəsində paylaşımlar edilib.
“İslam partiyası”nın keçmiş sədri Əlikram Əliyevin ölümünün 13-cü ildönümü ilə bağlı keçirilən mərasimdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib. Mərasim iştirakçıları Ə.Əliyevi “Qafqazda sionizmə qarşı mübarizənin banisi” adlandırıblar.
Tədbirdə çıxış edən qruplaşma üzvləri Əli Xameneinin Azərbaycan Respublikasında şiəliyin gücləndirilməsi və Qərb dəyərlərinə qarşı çıxılması ilə bağlı tövsiyələrini xatırladıblar. Onlar Xomeyninin “İslam inqilabının ixracı” nəzəriyyəsinə sadiqliklərini ifadə ediblər.
Bununla yanaşı, son vaxtlar Azərbaycanda həbs edilən İran casuslarını Xomeyni və Xameneinin “müridləri” adlandırıblar. Axar.az