image-1backend

İranda polis avtomobilinə hücum edildi: 3 ölü

image-reklam_sirab_01

Vətəninfo.az “İran Wire” saytına istinadən  xəbər verib ki, dünən Zahidan şəhərinin Gəluqah bölgəsində polis avtomobilinə hücum edilib.
Məlumata görə, partlayıcı mina ilə həyata keçirilən hücum nəticəsində avtomobildə olan üç polis həyatını itirib.
İranın hökumət mediası isə bildirib ki, Sistan və Bəluçistan əyalətində keçirilən təlim əməliyyatı zamanı baş verən partlayışda İran ordusunun 3 hərbiçisi həlak olub.
Bəluçların “Ənsar əl-Furqan” silahlı qruplaşması isə bəyanat yayaraq, hadisənin başvermə səbəbi ilə bağlı rəsmi açıqlamanı təkzib edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki