image-reklam-veteninfo
image-1backend

İranda SEPAH-la silahlılar arasında toqquşma: ölənlər var

image-reklam-veteninfo

İranın Sistan və Bəluçistan əyalətində SEPAH qüvvələri ilə silahlı şəxslər arasında baş verən toqquşma nəticəsində ölənlərin olduğu bildirilir.

Vətəninfo.az xəbər verir ki, “Halvəş” Teleqram kanalının məlumatına görə, hadisə Təftan şəhəri yaxınlığında baş verib. Toqquşmaların səhər saat 06:00 radələrində başladığı qeyd olunur.

Məlumata əsasən, SEPAH bölgəyə əlavə qüvvələr göndərib. Yayılan görüntülərdə çoxsaylı zirehli texnika və hərbi maşınların hadisə yerinə doğru hərəkət etdiyi görünür.

Mənbə “Fatimiyyun” qüvvələrinin 20 üzvünün öldürüldüyünü iddia edir. SEPAH isə qarşıdurma zamanı beş silahlı şəxsin öldürüldüyünü açıqlayıb.

Bununla yanaşı, Zahidan şəhəri yaxınlığında hökumət qüvvələrinin magistral yol ətrafında istehkamlar qurduğu bildirilir.

Hadisə ilə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki