image-1backend

İsrail ordusu bu gecə Qəzzaya güclü hava zərbəsi endirdi

image-reklam_sirab_01

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində çox sayda fələstinli ölüb və yaralanıb.

Vətəninfo.az xəbər verir ki, Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail təyyarələrinin Qəzza şəhərinin şərqindəki Əl-Şücaiyyə bölgəsinə təşkil etdiyi hava hücumu nəticəsində çox sayda insan ölüb və yaralanıb.

İsrail ordusu başda Xan Yunis, Rəfah və şəhərin cənub hissəsi olmaqla Qəzza zolağının bir çox bölgəsinə havadan və qurudan hücumlarını davam etdirir.

Əl-Əqsa telekanalının teleqram hesabında edilən paylaşımda Qəzza İslam Universitetinin müəllimi Rafet əl-Əririn İsrailin hücumları nəticəsində həyatını itirdiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki