Qəzza zolağındakı hökumət İsrailin Qəzzaya hücumları nəticəsində daha 2 jurnalistin öldüyünü açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Qəzza hökumətinin media ofisindən verilən açıqlamaya görə, fələstinli jurnalistlər Abdullah Berıs və Məhəmməd Əbu Dayir İsrailin bombardmanı nəticəsində həyatını itirib.
Jurnalistlərin harada öldürüldüyü barədə məlumat verilməyib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına etdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 112-yə yüksəlib.


























